Bakı-Sumqayıt dəmir yolunda relsə daş qoyan şagirdlər saxlanılıb

Bakı-Sumqayıt dəmir yolunda relsə daş qoyan şagirdlər saxlanılıb
16:47 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı Keşlə-Biləcəri mənzilində relsin üzərinə mişar daşlarının iri qırıqlarının düzüldüyünü görüb qatarı saxlayıb. Təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumatda bildirilir.
Belə ki, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yolunun üzərinə daş qırıqları qoyanlar saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlananlar Binəqədi rayonu 100№-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143№-li orta məktəbin IX şagirdləridir.
Saxlananlar polis bölməsində dindirilərkən, hadisəni törətdiklərini etiraf ediblər.
"Azərbaycan Dəmir Yolları" bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırır ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək", - deyə N.Əzməmmədov qeyd edib. 


Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-sumqayit-demir-yolunda-relse-das-qoyan-sagirdler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR