Futbol üzrə Azərbaycan kuboku yarışlarında ilk üç qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb

Futbol üzrə Azərbaycan kuboku yarışlarında ilk üç qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb
17:13 2 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinin oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, birinci oyun günündə 8 qarşılaşmadan artıq 3-ü başa çatıb. Hər 3 matçda ev sahiblərinin məğlubiyyəti qeydə alınıb - “Turan Tovuz” – “İnter” (Bakı) -1:3, “Neftçala” – “Sumqayıt” -0:1, AZAL (Bakı) – “Zirə” -1:2.
Bir oyundan ibarət olan mərhələnin qalibi birbaşa dörddəbir finala vəsiqə qazanıb.
Bu gün “Xəzər-Lənkəran” – “Kəpəz” (Gəncə), “Qarabağ” (Ağdam) – “Şəmkir”, “Neftçi” (Bakı) – “Qaradağ-Lökbatan” görüşləri də keçiriləcək. Kubok oyunlarına sabah təşkil olunacaq “Qəbələ" – "Mil-Muğan” (İmişli) və “Rəvan” (Bakı) – “Bakı” oyunları ilə yekun vurulacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR