Məşhur prodüser İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırıldı

Məşhur prodüser İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırıldı
17:22 2 Dekabr 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, son günlər adı yol polisi ilə qalmaqalda hallanan məşhur produser Təranə Səmədova ilə bağlı criminal.az-a maraqlı məlumat daxil olub.

Bir neçə gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılan prodüser həmin hadisədən əvvəl daha ciddi cinayətdə şübhəli bilinib.

T.Səmədova qadın alveri şübhəsi ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə (İAQMİ) çağırılıb. Mənbənin saytımıza verdiyi məlumata görə, 3 qadın ondan şikayət edərək zorla cinsi istismara məruz qaldıqlarını deyib. Məhz buna görə prodüser İAQMİ-nə çağırılıb.

Məsələ ilə bağlı T.Səmədova ilə əlaqə saxladıq. Prodüser criminal.az-a "belə suallara cavab vermirəm" deyərək telefonu bağlayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR