“Bakutel 2015” sərgisində "Azercell" yeni texnologiyalarını təqdim edib

17:23 2 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZӘRTAC
"Azercell Telecom" MMC Bakıda keçirilən “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisində yeni texnologiyalarını təqdim edib.
AZӘRTAC xəbər verir ki, builki sərgidə "Azercell" yeni satış mərkəzi konsepsiyasını nümayiş etdirib. Bundan əlavə, dördüncü nəsil (4G) / Long Term Evolution (LTE) texnologiyası təqdim olunub. Bu texnologiya müştəriləri 300 meqabaytadək sürətlə təmin edir .
"Bakutel"də, həmçinin "Azercell"in bir sıra digər texnoloji yenilikləri də sərgilənib. Növbəti texnoloji yenilik - WiFi üzərindən səsli xidmətlərlə bağlıdır. Bundan əlavə, ziyarətçilər şirkətin yeni smartfonları ilə tanış olublar. Gənclər və digər internet həvəskarları üçün GəncOL tarifi təqdim olunub. Bu proqram vasitəsilə müştərilər kinoteatrlarda, dükan və restoranlarda, ticarət və əyləncə mərkəzlərində endirimlər əldə edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakutel_2015_sergisinde__quotAzercell_quot_yeni_texnologiyalarini_teqdim_edib-907601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR