​Allahşükür Paşazadə Belarusun yeni səfirini qəbul edib

​Allahşükür Paşazadə Belarusun yeni səfirini qəbul edib
17:32 2 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
Bu barədə "Report"a QMİ-dən məlumat verilib.
Görüşdə Azərbaycan və Belarus xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq bildirilib. Bu tarixi, ənənəvi əlaqələrin inkişafında dini-mənəvi əməkdaşlığın da böyük rolu olduğu əlavə olunub.
Qafqaz Müsəlmanları İdarəsi ilə Belarusun dini mərkəzi – Patriarx Ekzarxlığı arasında dinlərarası dialoq sahəsində müsbət iş təcrübəsinin olduğu vurğulanıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR