Bakı metrosunda xüsusi təhlükəsizlik aparatları quraşdırıldı - FOTO

Bakı metrosunda xüsusi təhlükəsizlik aparatları quraşdırıldı - FOTO
17:52 2 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Ölkə üzrə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda son günlər Bakı metrosunda da mühafizə sistemi gücləndirilmiş iş rejmində çalışır. Sərnişinlərin üzərindəki əşyalar, çantalar bir-bir yoxlanır və bundan sonra platformaya daxil olmalarına icazə verilir.

Milli.Az-ın musavat.com-a istinadən məlumatına görə, lakin ötən gündən etibarən metronun bəzi stansiyalarında xüsusi dəmir konstruksiyadan ibarət aparatlar quraşdırılıb və sərnişinlər buradan keçərək, içəri daxil olurlar. Həmin aparatlar "20 Yanvar", "28 May" və "Koroğlu" metrostansiyalarında yerləşdirilib.

Bu aparatlardan daha hansı metrostansiyalarında quraşdırılacağını öyrənmək üçün "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq.

Qurumun mətbuat sözçüsü bildidi ki, bu qurğular sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün quraşdırılıb və nəzarət tədbirləri polis tərəfindən həyata keçirilir: "Metro əhalinin kütləvi şəkildə istifadə etdiyi nəqliyyat vasitəsidir. Bu baxından, onların təhlükəsizliyini təmin etməyə çalışırıq. Hazırda bu işi polis həyata keçirir və bu qurğuları da onlar yerləşdiriblər. Bu, insanların üzərində metal əşyaların olub-olmadığını yoxlamaq üçün qoyulan bir aparatdır".

Nəsimi Paşayev bu qurğunun daha hansı stansiyalarda quraşdırılacağı barədə məlumatsız olduğunu bildirdi.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR