Azərbaycan Kardiologiya Cəmiyyətinə yeni sədr seçilib

Azərbaycan Kardiologiya Cəmiyyətinə yeni sədr seçilib
18:02 2 Dekabr 2015
59 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının Ürək-Damar Mərkəzinin rəhbəri Fərid Əliyev Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçilib. Bu barədə "Report"a ATU-dan məlumat verilib. 
Xatırladaq ki, Ondokuz Mayıs Universiteti Tibb fakultəsini (Türkiyə) bitirən F.Əliyev təhsilini 2007-ci ilədək İstanbul Universiteti Cerrahpaşa Tibb Fakultəsində rezidentura pilləsində (Uzmanlık) davam etdirib. 2012-ci ildə isə Türkiyədə imtahanla alına biləcək ən üst elmi dərəcə - dosent elmi dərəcəsini alıb.
Elmi və həkimlik fəaliyyətinə Türkiyədə İstanbul Universitetində başlayan Fərid Əliyev 2009-cu ildən Azərbaycanda çalışır. O, 2013-cü ildən Azərbaycan Tibb Universitetində Daxili Xəstəliklər və Reanimatologiya Kafedrasında fəaliyyətini davam etdirir.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/azerbaycan-kardiologiya-cemiyyetine-yeni-sedr-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR