Külək, yağış, qar - Sabahın havası

Külək, yağış, qar - Sabahın havası
18:05 2 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir, şimşək çaxacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, havanın temperaturu gecə 6-8°, günün birinci yarısında 10°-dək, günün ikinci yarısında 6°-dək isti təşkil edəcək.

Dekabrın 3-4-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyinin əsməsi və temperaturun ötən günlərlə müqayisədə xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Güclü qərb küləyi əsəcək. Gecə 1° şaxtadan 3°-dək isti, bəzi yerlərdə 5° şaxta, gündüz 4-7° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-4° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Güclü qərb küləyi əsəcək. Gecə 3-5° isti, gündüz 5-7° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 0-5° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-10° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, axşama doğru dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Güclü qərb küləyi əsəcək. Gecə 6-8° isti, gündüz 8-11° isti, dağlarda gecə 2-4° isti, gündüz 4-6° isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR