Bakı metrosu işıqsız qaldı

Bakı metrosu işıqsız qaldı
18:06 2 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni" QSC-nin Elmlər Akademiyası stansiyasında sərnişinlər həyəcanlı anla yaşayıblar.

ANS PRSS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, stansiyada işıqlar qəfildən sönüb. Qatarların hərəkəti dayandırılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı ANS PRESS-ə təsdiqləyib. O bildirib ki, stansiyalarda işıqların söndürülməsinə səbəb metropolitenin "28 May" stansiyası ilə "Sahil" stansiyası arasında elektrik kabellərindən birində yaranan nasazlıq olub.

"İki stansiya arasında yerləşən kabellərdən birində tüstülənmə olub. Problemin dərhal aradan qaldırılması üçün texniki işçilər hadisə yerinə cəlb olunublar. Təklükəsizlik təbdirləri məqsədilə stansiyalarda işıqlar söndürüldü. Maksimum 5 dəqiqədən sonra elektrik enerjisi bərpa edildi", deyə N.Paşayev bildirdi.

Qurum rəsmisi onu da əlavə etdi ki, elektrik enerjisinin dayandırılması qatarların hərəkətinə heç bir mane olmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR