Hindistanda daşqınlar 188 nəfərin ölümünə səbəb olub

Hindistanda daşqınlar 188 nəfərin ölümünə səbəb olub
18:13 2 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Son iki həftədə Hindistanın cənubunda yerləşən Tamiland ştatında daşqınlar nəticəsində 188 nəfər həlak olub, 230 min nəfər yaşayış yerini itirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, uzun müddətdir davam edən leysan yağışlar çayların səviyyəsinin görünməmiş həddə yüksəlməsinə səbəb olub. Hökumət bölgədə fövqəladə vəziyyət elan edib.
Yaşayış məntəqələri arasında ən çox zərər görən ştatın administrativ mərkəzi – 5 milyon nəfər əhalinin yaşadığı Çennai şəhəridir. Burada bir çox küçələr, həmçinin əsas nəqliyyat arteriyaları su altında qalıb, meqapolis ətrafı ərazilərin 60 faizinin, həmçinin şəhər məhəllələrinin yarısının elektrik enerjisi kəsilib. Yerli istehsal müəssisələri fəaliyyətlərini dayandırıb. Çennai hava limanı ərazisinin xeyli hissəsi su altında qaldığından bir çox aviareyslər ləğv edilib. Dəmiryol nəqliyyatı da analoji vəziyyətlə qarşılaşıb.
Xilasedici dəstələr və ordu hissələri kənd yerlərində yaşayan əhalini təhlükəli ərazilərdən təxliyə edirlər. Son məlumata əsasən, quru ilə əlaqələri kəsilən 3 mindən çox insan təbii fəlakət zonasından çıxarılıb.
Sinoptiklərin proqnozuna əsasən, leysan yağışları yaxın 3 gün ərzində də davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hindistanda_dasqinlar_188_neferin_olumune_sebeb_olub-907628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR