Nardaranda növbəti ATIŞMA: bir nəfər güllələnib

Nardaranda növbəti ATIŞMA: bir nəfər güllələnib
18:22 2 Dekabr 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı bir nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə report-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib. Belə ki, Əbülfəz Hacıbala oğlu (soyadı məlum deyil) əməliyyat zamanı polisə müqavimət göstərib. Nəticədə polis əməkdaşları atəş açmaq məcburiyyətində qalıblar. Nəticədə o, ayağından yaralanıb. Ona tibbi yardım göstərilib.

Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR