Vəfadar Quliyev: "Ağır oyun oldu"

"Sumqayıt"ın "Neftçala"nı 1:0 hesabı ilə məğlub edərək Azərbaycan kubokunda mərhələ adladığı barədə məlumat vermişdik.

Oyundan sonra "Sumqayıt"ın məşqçisi Vəfadar Quliyevin mətbuat konfransı keçirilib. Onun fikirlərini sizinlə bölüşürük:

"Meydançanın vəziyyəti yaxşı deyildi. Ağır bir oyun oldu. Mən futbolçulara komandanın baş məşqçisi Samir Abasovun adından, eləcə də öz adımdan təşəkkür edirəm, rəqibə isə uğurlar arzu edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR