Azərbaycan ilə Tacikistan arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir

Azərbaycan ilə Tacikistan arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir
19:08 2 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dekabrın 2-də Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, komitə sədri Tacikistan ilə Azərbaycan arasında tarixi kökləri olan mövcud dostluq münasibətlərindən, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən danışıb. O, dövlət tərəfindən İslam dininə etiqad edən şəxslərlə yanaşı, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə də daim xüsusi diqqət göstərildiyini bildirib, ölkəmizin malik olduğu uğurlu tolerantlıq modelindən söhbət açıb.
Zohir Saidov ölkələrimiz arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, ikitərəfli münasibətlərimiz müxtəlif sahələrdə uğurla inkişaf edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR