Lənkəranlı güləşçi İrandan gümüş medalla qayıdıb

Lənkəranlı güləşçi İrandan gümüş medalla qayıdıb
19:33 2 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 2 dekabr, Bağır Əliyev, AZƏRTAC
İranın paytaxtı Tehran şəhərində yeniyetmələr arasında keçirilən güləş üzrə beynəlxalq turnirdə Azərbaycan millisi uğurla çıxış edərək komanda hesabında ikinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, 10 komandanın iki yarımqrupda mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan güləşçiləri öz qrupunda bütün rəqiblərinə qalib gəliblər.
Yarımfinalda Tacikistan komandasını məğlub edən millimiz finalda iranlı həmyaşıdları ilə qarşılaşıb. Final qarşılaşmasında nəticələr bərabər olsa da, xal hesabında cənub qonşularımız üstünlük qazanıb. Nəticədə Azərbaycan millisi komanda hesabında beynəlxalq turnirdə ikinci yeri tutub.
Milli komandamızın tərkibində beynəlxalq turnirdə ilk dəfə çıxış edən lənkəranlı idmançı Ceyhun Zeynallı 35 kiloqram çəki dərəcəsində gümüş medal əldə edib. Xatırladaq ki, o, bundan əvvəl respublika çempionatının qalibi olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranli_guleschi_Irandan_gumus_medalla_qayidib-907668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR