Bu adların uşaqlara qoyulması qadağan olunmayıb - təkzib

Bu adların uşaqlara qoyulması qadağan olunmayıb - təkzib
19:46 2 Dekabr 2015
105 Şou
Ölkə mətbuatı
A- A+

“Medianın qadağan olunmuş adlarla bağlı yaydığı siyahıda ikili məsələ var. Siyahıda bir qrup adlar həqiqətən də qadağan olunub. Çünki onların heç bir izahı, mənası yoxdu. Buna misal olaraq Kolxoz, Sovxoz, Kombayn kimi adları göstərmək olar. Siyahıda göstərilən ikinci qrup adlarla bağlı məsələ isə fərqlidir. Onları qadağan etməmişik”.

Axşam.az-ın məlumatına görə, bu sözləri modern.az saytına açıqlamasında AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə mətbuatda, sosial şəbəkələrdə bəzi adların qadağan olunması yanlış olaraq göstərilib. Həmin siyahıya düşmək bəzi şəxs adlarının qadağan olunması demək deyil.
 
Qeyd edək ki, bir neçə gün öncə komissiyaya istinadən 200-dən çox adın qadağan olunduğu barədə informasiya yayılıb ki, bu da ictimaiyyətdə birmənalı reaksiya doğurmayıb. Həmin adlar içərisində mənasız və bayağı adlarla yanaşı, qüsursuz və mənalı, gözəl səslənən Tayfun, Tufan, Nuh, Boran kimi şəxs adları da göstərilib. Bu kimi adların siyahıda yer alması sosial şəbəkələrdəki müzakirələrdə də etirazlar doğurub.

Amma Terminologiya Komissiyasının sədr müavini açıqlamasında bu adların qətiyyən qadağan olunmadığını dilə gətirib. Qüsursuz adların həmin siyahıda yer almasını isə bu cür əsaslandırıb:
 
“Biz yeni “Şəxs adları lüğəti” hazırlamışıq. Ora bəzi adlar hələ ki, daxil edilməyib. Məsələn, mübahisəyə səbəb olan Tayfun, Tufan, Boran, Nuh və s. adlar. Biz izahlı lüğət hazırlayırıq. Gərək hər bir sözün mənşəyini tapaq və yazaq. O adların ilkin mənşəyini, izahını tapmadığımız üçün onları hələlik lüğətə əlavə etməmişik.

“Şəxs adları lüğəti”nə tam anlamı olan və hələlik ətraflı izaha malik adlar daxil edilir. Bəzi adların ilkin mənşəyi, onlar haqqında məlumat tam dəqiq olmadığı üçün biz onları lüğətə əlavə etməmişik. Bu qadağan etmək deyil. İndi bizim şəxs adları lüğətində 5000 ad var. Ola bilsin ki, bu gələcəkdə 8000-nə çatsın. Bu o demək deyil ki, Tayfun, Tufan, Boran adları qadağan edilib, əsla...”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR