Şahin Diniyev məğlubiyyəti şərh etdi

Şahin Diniyev məğlubiyyəti şərh etdi
19:47 2 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

Şahin Diniyev "Xəzər Lənkəran"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi bunları deyib:


“Oyun gərgin keçdi, meydançada mübarizə var idi. Daha çox istəkli olan qələbə qazandı. Sanki, oyunun əvvəlində bizdə müəyyən rahatlıq vardı. Düzdü, oyundan öncə futbolçularla bu barədə danışmışdım, amma, təəssüf ki, yenə həmin arxayınlıq yarandı. Düzdü, oyunu demək olar ki, hücumda keçirdik. Amma nəticədə biz məğlub olduq və bundan sonra bütün gücümüzü çempionata qoyacağıq. “Xəzər Lənkəran”ı təbrik edirəm. Durumları yaxşı olmasa da, yaxşı futbol oynayıb qələbə qazandılar”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ahin-diniyev-mlubiyyti-rh-etdi-t45887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR