Sumqayıtda yeni musiqi məktəbi inşa olunacaq

Sumqayıtda yeni musiqi məktəbi inşa olunacaq
19:53 2 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 2 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Sumqayıt şəhərində yeni musiqi məktəbi tikiləcək.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə şəhərin “Şərq bazarı” yaxınlığında uzun illərdən bəri yarımçıq qalmış tikili sökülüb və həmin ərazidə musiqi məktəbi inşa olunacaq. Məktəbin layihəsi artıq hazırdır.
Layihə üzrə binada kitabxana, akt zalı, tədris otaqları və müəllimlər otağının yaradılması nəzərdə tutulub. Üçmərtəbəli binada ayrıca inzibati otaqlar da yerləşəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_yeni_musiqi_mektebi_insa_olunacaq-907676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR