Şahin Diniyev: "Bütün gücümüzü çempionata qoyacağıq"

"Xəzər Lənkəran" - "Kəpəz" oyunundan sonra qonaqların baş məşqçisi Şahin Diniyevin də mətbuat konfransı keçirilib.

Təcrübəli mütəxəssis bunları deyib:

"Oyun gərgin keçdi, meydançada mübarizə var idi. Daha çox istəkli olan qələbə qazandı. Sanki, oyunun əvvəlində bizdə müəyyən rahatlıq vardı. Düzdür, oyundan öncə futbolçularla bu barədə danışmışdım, amma, təəssüf ki, yenə həmin arxayınlıq yarandı. Düzdür, oyunu demək olar ki, hücumda keçirdik. Amma nəticədə biz məğlub olduq və bundan sonra bütün gücümüzü çempionata qoyacağıq. “Xəzər Lənkəran”ı təbrik edirəm. Durumları yaxşı olmasa da, yaxşı futbol oynayıb qələbə qazandılar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR