Azərbaycan səfirliyinin təşəbbüsü ilə Polşanın Yuzef Pilsudski adına Akademiyasında xatirə lövhəsi açılıb

Azərbaycan səfirliyinin təşəbbüsü ilə Polşanın Yuzef Pilsudski adına Akademiyasında xatirə lövhəsi açılıb
20:13 2 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC 
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Varşava şəhərində yerləşən Yuzef Pilsudski adına Akademiyada xatirə lövhəsinin açılışı olub.
Bu barədə Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a məlumat verilib.
Xatirə lövhəsi 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tanıdılmasına dəstək vermiş və 1920-1930-cu illərdə Azərbaycan siyasi emiqrasiyasını Varşavaya dəvət edərək mühüm kömək göstərmiş Polşa xalqının lideri Yuzef Pilsudskiyə həsr olunub.
Xatirə lövhəsinin açılışında Yuzef Pilsudski adına Akademiyanın rektoru professor Andjey Mastalej çıxış edərək Azərbaycan-Polşa əlaqələrinin əhəmiyyəti barədə danışıb. O, xatirə lövhəsinin hər iki ölkə arasında mövcud əlaqələrin təcəssümü olduğunu vurğulayıb. Rektor bildirib ki, akademiyada təhsil alan hər bir gənc xatirə lövhəsində həkk edilmiş cümlələri oxuyaraq Azərbaycanın Polşaya və Polşanın Azərbaycana tarixən həmişə yaxın və dost ölkə olmasını biləcək. O, bir daha azərbaycanlıların qədirbilən xalq olduğunu vurğulayıb və buna görə təşəkkürünü ifadə edib.
Səfir Həsən Həsənov çıxışında Azərbaycanın Polşadakı səfirliyinin xatirə lövhəsi ilə əlaqədar tədris ocağının rəhbərliyinə müraciətinin Yuzef Pilsudski adına Akademiyanın rektoru və Senatın üzvləri tərəfindən dəstəklənərək qısa zamanda rəsmi razılıq verilməsinə görə təşəkkürünü bildirib. O bildirib ki, “Biz unutmuruq” layihəsi çərçivəsində vaxtilə öz fəaliyyətləri ilə Azərbaycan və Polşa əlaqələrinin inkişafına töhfə vermiş şəxslərin xatirəsinə Polşanın şəhərlərində 11 abidə, barelyef və lövhələr qurulub. İştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycan öz dostlarını unutmur və onların xatirəsini həmişə əziz tutur.
Sonra xatirə lövhəsi açılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefirliyinin_tesebbusu_ile_Polsanin_Yuzef_Pilsudski_adina_Akademiyasinda_xatire_lovhesi_achilib-907687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR