"Qəbələ" reytinqdə irəlilədi

"Qəbələ" reytinqdə irəlilədi
20:17 2 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

UEFA klubların reytinq cədvəlini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bundan öncəki cədvəllə müqayisədə ən böyük yüksəlişə "Qəbələ" nail olub. Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən "qırmızı-qaralar" 42 pillə irəliləyərək 294-cü yerdən 252-ci yerə yüksəlib.

Qrup mərhələsinin 5-ci turunda səfərdə PAOK-la qolsuz bərabərə qalan Roman Qriqorçukun yetirmələrinin aktivində 5,2250 xal var. Avroliqada digər təmsilçimiz olan "Qarabağ" isə 13,4750 xalla 128-ci pillədə qərarlaşıb. Ötən cədvələ nisbətən ağdamlılar 1 pillə geriləyib.

Qeyd edək ki, siyahıya 153.371 xalla İspaniya "Real"ı başçılıq edir. İkinci pillədə isə Almaniya "Bavariya"sıdı. Münhenlilərin aktivində 144.521 xal var. İlk üçlüyü isə 143.371 xalla "Barselona" qapayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR