Əsgər Abdullayev: “Zəif oyun olmur, zəif hazırlıq olur"

Əsgər Abdullayev: “Zəif oyun olmur, zəif hazırlıq olur"
20:22 2 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

Əsgər Abdullayevin rəhbərlik etdiyi “Neftçi” Azərbaycan Kubokunun 1/8 final mərhələsində inamlı qələbə qazanıb. Fanat.az xəbər verir ki, "ağ-qaralar" I divizion təmsilçisi “Qaradağ Lökbatan”ı 8:0 hesabı ilə yenib. Oyundan sonra baş məşqçilər fikirlərini bildirib.


Əsgər Abdullayev (“Neftçi”nin baş məşqçisi): “Zəif oyun olmur, zəif hazırlıq olur. Biz komandanı oyuna kökləyə bildik və qələbə qazandıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər”.


Araz Əliyev (“Qaradağ Lökbatan”ın məşqçisi): “Oyun barədə artıq nəsə danışmağa ehtiyac yoxdu. “Neftçi” qələbə qazandı, onlara uğurlar arzu edirəm. “Neftçi” həmişə kubok və çempionluq üçün mübarizə aparıb”.  


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR