Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib
20:23 2 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. O deyib ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında əlaqələr qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa, bunu daha da gücləndirən İslam irsinə və müştərək tarixə əsaslanır.
Diplomat ikitərəfli əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük rol oynadığını vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin son illərdə genişləndiyini qeyd edib. Səfir münasibətlərimizin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Azərbaycan hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını bayram münasibətilə təbrik edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin mövqelərinin beynəlxalq məsələlərdə üst-üstə düşdüyünü diqqətə çatdırıb.
Nazir müavini deyib ki, Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının fəaliyyəti, hər iki ölkənin iş adamları arasında işgüzar münasibətlərin stimullaşdırılması, yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər, təşkil edilən sərgilərdə və forumlarda birgə iştirak iqtisadi əməkdaşlığımızın inkişafının bariz nümunəsidir.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Birlesmis_Areb_Amirliklerinin_milli_bayrami_qeyd_edilib-907693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR