TQDK dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək

TQDK dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək
20:28 2 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan saat 8.30-da bu qurumun Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələr nəzərə alınmayaraq). İmtahanda iştirak edəcək şəxslər saat 7.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.
İmtahanın nəticələri dekabrın 23-də imtahanda iştirak edənlərin “College Board”un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.
SAT imtahanı haqqında ətraflı məlumatı TQDK-nın rəsmi internet saytında əldə etmək olar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR