Pentaqondan Türkiyənin İŞİD-lə neft sövdələşməsi iddiasına münasibət

Pentaqondan Türkiyənin İŞİD-lə neft sövdələşməsi iddiasına münasibət
20:42 2 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Pentaqon Türkiyənin İŞİD-dən neft aldığını təsdiqləyən sübutlara malik deyil.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat xidmətinin rəhbəri Elissa Smit bildirib.

"Biz Türkiyə hakimiyyətinin İŞİD-lə neft sövdələşməsinə getməsinə dair ehtimalları rədd edirik. Bu ittihamları təsdiqləyən sübutları görməmişik. Türkiyə beynəlxalq tərəfdaşları ilə birlikdə Suriya ilə sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addımlar atır. Bizim burada məqsədimiz İŞİD-in neft qaçaqmalçılığının qarşısını almaqdır. Biz Türkiyəni İŞİD-lə mübarizədə əsas tərəfdaş hesab edirik. Digər tərəfdaşlarımızla olduğu kimi Türkiyə ilə koalisiya çərçivəsində nələr edə biləcəyimizi, əməkdaşlıq məsələlərini, İŞİD üzərində qələbə imkanlarını müzakirə edirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin rəsmisi Sergey Rudskoy İŞİD-in yanacaq daşıyan maşınlarının limanlara getdiyini, oradan isə neftin tankerlərlə üçüncü ölkələrə daşındığını bəyan edib. Rusiya Müdafiə Nazirliyi sübut kimi peyk vasitəsilə çəkilən şəkilləri göstərib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR