Siyəzəndə “Opel” aşdı: 1 yaralı

Siyəzəndə “Opel” aşdı: 1 yaralı
20:44 2 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Siyəzən rayonunu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 68-ci km-də, Siyəzən rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

 

1959-cu il təvəllüdlü Bakı şəhər sakini Musayev Nazir Əhəd oğlunun idarə etdiyi 99 GC 632 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü N.Musayev müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR