Qafqaz Albaniyasını öyrənirik

Qafqaz Albaniyasını öyrənirik
20:48 2 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və BSU-nun birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, gənc nəsli elmi əsaslarla maarifləndirmək məqsədilə təşkil olunan tədbirdə BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Əsgər Əhməd çoxşaxəli mədəniyyətə malik olan Azərbaycanın tarixi inkişafı, dini inancları, dinin cəmiyyətdəki rolu barədə danışıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları - tarix elmləri doktoru Məhəbbət Paşayeva, tarix üzrə fəlsəfə doktorları Elnur Vəliyev və Ülviyyə Hacıyeva “Azərbaycan tarixində dinlər: xristianliğaqədərki dövr; xristianlıq; islam dini” mövzusunda mühazirə oxuyublar.
Mühazirəçilər BSU-nun müəllim və tələbələrini Azərbaycan multikulturalizminin ilkin təbəqələri ilə - xristianlığaqədərki dövr, xristianlıq və İslam dininin tarixi və mədəniyyəti, eyni zamanda, erkən orta əsrlərdə ölkəmizdə baş verən sosial-siyasi problemlərlə bağlı məlumatlandırıblar.
Mühazirələrdə Azərbaycanın politeizmdən monoteizmə keçməsi, sosial hadisə olan dinin multikulturalizmin yaranmasında danılmaz rolu iştirakçıların diqqətinə çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qafqaz_Albaniyasini_oyrenirik-907704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR