Ramil Usubov: 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Ramil Usubov: 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib
20:59 2 Dekabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

 

APA-nın AzTV-yə istinadən məlumatına görə, bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov bildirib.

 

Onun sözlərinə görə, qəsəbədə keçirilən əməliyyatlar nəticəsində 5 silahlı məhv edilib. Bundan əlavə 6 avtomat, çoxlu sayda tapança və digər silah-sursat aşkar edilib.

 

R.Usubov Nardaran sakinlərindən xahiş edib ki, əllərdə olan silahları yerlərdəki post patrul xidmətlərinə təhvil versinlər.

 

"Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur, heç bir narahatlığa əsas yoxdur", deyə nazir bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR