Valyutadəyişmə məntəqələrində şübhəli pulköçürmələr - VİDEO

Valyutadəyişmə məntəqələrində şübhəli pulköçürmələr - VİDEO
21:52 2 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qeyri-rəsmi pul köçürmələri qanunla qadağandır. Ancaq bəzi valyutadəyişmə məntəqələrində belə hallar qeydə alındığından bu sahəyə nəzarət gücləndirilib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, kommersiya banklarında şübhəli hesabların açılması ilə bağlı faktlar Mərkəzin Bankın Maliyyə Monitorinqi Xidmətinin nəzarətinə görürülüb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycandan xaricə və əks istiqamətdə müxtəlif şəxslərin havadarlığı ilə qeyri-rəsmi pul köçürmələri məhz bankların valyutadəyişmə məntəqələrində həyata keçirilib.

Beləliklə, külli miqdarda valyuta qeydiyyat aparılmadan ölkədən çıxarılıb. Bu pulköçürmə sistemindən çirkli pulların yuyulmasında və terrorçuluğun maliyyələşdirilməsində istifadə olunduğu iddia edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR