Dəhşətli qəzanın görüntüləri yayıldı - ekspert şərh etdi - VİDEO

Dəhşətli qəzanın görüntüləri yayıldı - ekspert şərh etdi - VİDEO
22:05 2 Dekabr 2015
195 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrn 13-də Bakıda Mətbuat Prospektində baş vermiş ağır qəzanın görüntüləri ortaya çıxıb. Qeyd edək ki, sürücünün idaretməni itirib avtomobili aşırması zamanı yolu keçən 6 tələbə xəsarət almışdı. İndi həmin hadisəyə ekspert şərhini təqdim edirik.

Əvvəlcə sağa, daha sonra sola dönmək istəyən sürücü idarəetməni itirib və avtomobili aşırıb. Hadisə piyadaların hərəkətdə olduğu zolağın üstündə baş verib. Qəza zamanı yolu keçən 6 tələbə avtomobilin altında qalıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, dəhşətli görüntülər təxminən ay yarım əvvəl Bakıda Yasamal rayonu Mətbuat prospektində tələbə yataqxanasının qarşısında olub. Görüntülər isə təhlükəsiz şəhər kameralarına düşüb. Sürücünun düz yolda hərəkətdə olduğu vaxt heç bir avtomobilin də ona mane olmadığı bir halda idaretməni itirməsi isə sual doğurur.

Qəzaya səbəb olan sürücünün avtomobili hətta yol polisinin də avtomobilini əzib. Piyada tələbələr isə avtomobilin onların üstünə gəldiyini görüb qaçmaq istəyirlər. Amma hər şey qəfildən baş verdiyindən 6 tələbə avtomobilin altından yüngül xəsərətlərlə xilas olub.

Sıxışıb qalan sürücü də ətrafdakı insanların köməyi ilə avtomobildən çıxarılaraq, xəsarət alan digər insanlarla bərabər xəstəxanaya aparılıb.

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, bu vəziyyətdə, yəni işıqforun yaşıl işığının bir dəfə sönüb yanmasını görən sürücü gəldiyi sürətlə yoluna davam etməli idi. Belə olduqda qəza baş verməyəcəkdi. Qeyd edək ki, həmin sürücü barəsində polisdə müvafiq qaydada cəza tətbiq edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR