Gənclərin milli mənəvi dəyərlərimizə bağlılığı mövzusunda müzakirələr aparılıb

Gənclərin milli mənəvi dəyərlərimizə bağlılığı mövzusunda müzakirələr aparılıb
23:08 2 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən Sabunçu rayonundakı Bakı şəhər sənaye və pedaqoji kollecində “Milli mənəvi dəyərlərimiz: Tarix, varislik və müasirlik” mövzusunda tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, görüşdə mövzunun aktuallığından danışılıb, gənclərin maarifləndirilməsində, milli mənəvi dəyərlərimizə bağlılığın möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirdə “Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda məruzə dinlənilib.
Çıxışlarda radikal dini qruplaşmaların dövlətçilik əleyhinə cəhdləri və onların qarşısının alınmasının vacibliyindən, milli kimliyin formalaşmasında milli mənəvi dəyərlərin rolundan söhbət açılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR