Ollandın reytinqi qalxıb

Ollandın reytinqi qalxıb
23:12 2 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Fransua Ollandın prezident seçildiyi 2012-ci ildən etibarən enməkdə olan reytinqi hazırda ən yüksək səviyyəyə çatıb. Milli.Az musavat.com-a istinadən bildirir ki, Ollandın nüfuzu Parisdə dünyanı silkələyən 13 noyabr terror aktlarından sonra kəskin qalxıb.

Fransa İctimai Fikrin Tədqiqi İnstitutunun apardığı sorğunun nəticələrinə görə, respondentlərin 62%-i hesab edir ki, Fransua Olland xaricdə ölkənin maraqların layiqincə qoruyur, 38% o qənaətdədir ki, Olland onlara həqiqəti söyləyir. Bir o qədər düşünür ki, prezident onların problemlərini başa düşür. 

Bütövlükdə rəyi soruşulanların 32%-i öz prezidentlərinin fəaliyyətini müsbət dəyərləndirib. 
Bununla belə, yaxın vaxtlarda prezident seçkiləri olarsa, Olanda yalnız 28% respondentin səs verəcəyi bəlli olub. Bu, onun son prezident seçkisinin 1-ci turunda aldığı səslərdən bir qədər azdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR