Nardaranda əməliyyat davam edir (VİDEO)

Nardaranda əməliyyat davam edir (VİDEO)
23:46 2 Dekabr 2015
220 Digər
Ölkə mətbuatı
A- A+

Nardaranda Daxili İşlər Nazirliyinin keçirdiyi xüsusi əməliyyat və təhlükəsizlik tədbirlərilə bağlı işləri hələ də davam edir. Qəsəbə Daxili Qoşunların və xüsusi təyinatlı polis əməkdaşlarının nəzarətindədir.

ANS TV-nin məlumatına görə, Nardaran qəsəbəsinə tətbiq edilən xüsusi təhlükəsizlik təbdirləri davam edir.

Məhərəm ayının son günü ilə əlaqədar sakinlər normal dini ayinlərini icra ediblər. Bu tədbirlər də hüquq-mühafizə orqanlarının nəzarəti altında baş tutub.

Nardarana çörək və ərzaq məhsullarının qətirilməsinə isə heç bir qadağa tətbiq edilməyib. Amma buna baxmayaraq təhlükəsizliklə bağlı onlar da yoxlamalardan keçirilir.

Yollara nəzarət edən polislər, qəsəbəyə daxil olan avtomobilləri və mülki vətəndaşları yoxlamadan keçirdikdən sonra əraziyə buraxır.

Qəsəbəyə Nardalan qeydiyyatı olan şəxslərdən başqa heç kəsin girişinə icazə verilmir.

Təhlükəsizlik təbdirlərinin yüksək həddə gətirildiyi Nardarana, daxili işlər naziri Ramil Usubov da baş çəkib.

Sakinlərlə görüşən nazir, öz tövsiyyələrini verib, onların suallarını cavablandırıb və imkan daxilində sakinlərə evlərindən bayıra çıxmamağı xahiş edib.

Amma onun sakinlərlə apardığı danışıqları ANS televiziyasının işıqlandırılmasına icazə verilmədi.

Qəsəbə isə hələ də işıq və qazsızdır.

Sakinlərin borca görə kəsilən kammunal xidmətlərinini nə vaxt bərpa ediləcəyi bilinmir.

Hüquq-mühafizə orqanlarının təhlükəsiz tədbirlərilə bağlı Nardaranda keçirəcəyi əməliyyatın isə hələ də davam edəcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR