ABŞ HHQ bazar ertəsi Somalidə Əş-Şəbab qruplaşması mövqelərinə aviazərbələr endirib.
ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi xəbər verib.
“Zərbələrin hədəfində Əş-Şəbabın liderlərindən biri var idi. Zərbələr Saakoy şəhəri ətrafında həyata keçirilib. Əlavə məlumat olan kimi biz uçuşların nəticələrini müyyənləşdirib ətraflı xəbər verəcəyik”- deyə Con Kirbi bildirib.