Ağstafada ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlər görülür

00:08 3 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 3 dekabr, AZƏRTAC
Ağstafa rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktiki tədbirlər görülür.
Rayonun baytarlıq idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-noyabr aylarında brusellyoz xəstəliyinə görə seroloji (qan qruplarının tədqiqi) müayinə üçün 18 min baş ev heyvanından qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb, 6 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstəliyə yoluxmuş heyvanlar təlimata uyğun olaraq məhv edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_ev_heyvanlari_arasinda_yoluxucu_xesteliklere_qarsi_profilaktiki_tedbirler_gorulur-907739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR