Lavrov: "Suriya-Türkiyə sərhədi bağlanmalıdır"

Lavrov: "Suriya-Türkiyə sərhədi bağlanmalıdır"
00:29 3 Dekabr 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçu təşkilatı tərəfindən oğurlanan neftin hara getməsi məsələsi ilə məşğul olmaq elə də vacib deyil, Suriya-Türkiyə sərhədini bağlamaq lazımdır.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata gorə, bunu Belqradda serbiyalı həmkarı İvitisa Daçiçlə birgə keçirdiyi mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov bildirib.

 

Rusiya XİN başçısı qeyd edib ki, bu məsələdə tək rəsmi Ankaranın səyləri kifayət etməyəcək: "Türkiyəyə elə kömək etmək lazımdır ki, vəziyyət hamı üçün obyektiv və anlaşılan olsun".

 

Sergey Lavrov onu da bildirib ki, terrorçular Türkiyə-Suriya sərhədini bağlamağa maneə olduğu təqdirdə Rusiya Hərbi Kosmik Qüvvələri dəstək göstərməyə hazır olacaq: "Əgər sərhədin bağlanmasına İŞİD maneə törətsə, o zaman Suriyadakı Rusiya aviasiyası amerikalıların rəhbərlik etdiyi koalisiya ilə birlikdə terrorçuların qeyri-leqal neft daşımasının qarşısını almaq üçün havadan dəstək göstərə bilər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR