İspaniya Konstitusiya Məhkəməsi Kataloniyanın müstəqillik bəyannaməsini ləğv etdi

İspaniya Konstitusiya Məhkəməsi Kataloniyanın müstəqillik bəyannaməsini ləğv etdi
01:33 3 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 3 dekabr, AZƏRTAC
Kataloniya parlamenti noyabrın 9-da faktiki olaraq “müstəqillik bəyannaməsi” qəbul etmişdi. İspnaiya mərkəzi hökuməti isə Konstitusiya Məhkəməsinə rəsmi ərizə ilə müraciət edərək bu sənədin ləğv olunmasını istəmişdi. Dekabrın 2-də məhkəmə yekun qərarını açıqlayıb.
İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin qəbul etdiyi sənədi qanuna zidd olduğuna görə ləğv edib. Bu qərardan dərhal sonra Milli Məhkəmə Kollegiyası Kataloniya vilayətində müstəqilliyi dəstəkləmiş 5 bələdiyyənin rəhbərliyi barədə hüquqi araşdırmalara başlayıb.
İspaniyanın Baş naziri Mariano Raxoy bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı ölkə vətəndaşlarının əksəriyyətini sevindirib. Kataloniya yerli hökumətinin mətbuat katibi Fransesk Homs isə Konstitusiya Məhkəməsinin Madriddən asılı olduğunu qeyd edərək qərarın təzadlarla zəngin olduğunu bildirib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR