Yol polisi sürücülərə xəbərdarlıq etdi (VİDEO)

Yol polisi sürücülərə xəbərdarlıq etdi (VİDEO)
02:06 3 Dekabr 2015
190 Digər
Ölkə mətbuatı
A- A+

Hava şəraiti dəyişməsilə bağlı DYP sürücələrə xəbərdarlıq edib.

ANS TV-nin məlumatına görə, hava şəraitinin kəskin dəyişməsi bir sıra problemlərə yol açır. Bununla əlaqədar olaraq, Dövlət Yol Polisi sürücülərə yollarda ehtiyatlı olmağa çağırır. Xüsusi ilə yağmurun yeni başladığı vaxt sürücülər daha diqqətli olmalıdır.

Çünki belə havalarda yolun hərəkət hissəsi sürüşkən olduğundan, əyləcin qəfil basılması əksər hallarda yol-nəqliyyat hadisələri qaçılmaz edir. Daha çox regionlara üz tutan sürücülər diqqətli olmalıdır.

Çünki Milli Hidrometerologiya Departamentinin məlumatına görə, dağlıq rayonarında yağıntılar sulu qar və qara keçəçək. Yollar buz bağlayacaq.

Bu cür havada sürücülər avtomobillər arasında ara məsafəsinə və sürət həddinə diqqət yetirməlidirlər.

“Sürücülər fikirləşirlər ki, yağmursuz havada hansı məsafədə avtomobili saxlamaq olursa, elə yağışlı havada da o məsafədə avtomobili saxlamaq olar. Bu isə çox vaxt doğru olmayan bir qərara gətirib çıxarır. Və hər hansı bir maneədən yayınmaq üçün sürücü əyləcdən istifadə edəndə artıq onun nəzərdə tutduğu məsafə avtomobil saxlanmasına yetərli olmur. Nəticədə isə qəzanın baş verməsi qaçılmaz olur”, - deyə BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Yağışlı havada sürücülər avtomobillərinin texniki cəhətdən saz olmasına əmin olduqdan sonra yola çıxmağı daha məqsədəuyğundur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR