İranda mikroavtobus dərəyə düşdü: 7 ölü, 5 yaralı

İranda mikroavtobus dərəyə düşdü: 7 ölü, 5 yaralı
02:24 3 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Mazandaran vilayətində sərnişin mikroavtobusunun dərəyə düşməsi nəticəsində azı 7 nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza Lar bəndi ilə Xaraz qəsəbəsi arasında baş verib.

 

İçərisində 19 sərnişinin olduğu avtobusun sürücüsü güclü yağış nəticəsində sürüşkən olmuş yolda idarəetməni itirib. Hadisə nəticəsində azı 7 nəfər ölüb, daha 7 nəfər ağır yaralanıb, 5 nəfər itkin düşüb. Hazırda onların axtarışları davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR