İrəvanda keçirilən aksiya başa çatdı

İrəvanda keçirilən aksiya başa çatdı
04:41 3 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası başa çatıb. ANS PRESS-in məlumatına görə, “Yeni Ermənistan” hərəkatı tərəfindən təşkil olunan aksiya güclü polis nəzarəti altında baş tutub. İrəvanın polis rəisi Aşot Karapetyan və müavinləri də aksiyanı yaxından təqib ediblər. Aksiya zamanı heç bir insident yaşanmayıb. Etirazçılar təyin olunmuş marşrutdan çıxsalar da, polis etirazçılara müdaxilə etməyib. Baxmayaraq ki, polis fəallar qaydaları pozacağı təqdirdə onlara qarşı güc tədbiq edəcəklərinə dair xəbərdarlıq etmişdilər.

Aksiya Azadlıq meydanında keçirilən nümayişdən sonra başa çatıb. Lakin bir qrup fəalın meydanda gecələdiyi də qeyd olunur. Bu gündən etibarən fəalların juranlistlərlə görüşü keçiriləcək.

“Yeni Ermənistan” hərəkatı dekabrın 6-na təyin olunmuş Konstitusiya referendumunun ləğv edilməsini, hökumətin istefasına və növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

Yeni Konstitusiyaya görə, Ermənistanda tam parlament idarəetmə sistemi tətbiq edilir, 7 il müddətinə və yenidən seçilmə hüququ olmayan ölkə prezidenti parlament tərəfindən seçilir və prezidentin səlahiyyətləri məhdudlaşır.

Müxalifət bu dəyişikliyin ikinci və son prezidentlik müddəti başa çatmaqda olan Serj Sarkisyanın və onun başçılıq etdiyi siyasi qüvvənin hakimiyyətdə qalmasını təmin etmək məqsədi daşıdığını iddia edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR