Dərmanların qiymətlərini telefon və planşetlərdən izləyə bilərsiniz

Dərmanların qiymətlərini telefon və planşetlərdən izləyə bilərsiniz
04:51 3 Dekabr 2015
723 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda satışda olan dərmanların qiymətlərini telefon və planşet vasitəsilə də öyrənmək mümkün olacaq.

ANS PRESS-in məlumatına görə, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.

Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif Şurasının www.tariff.gov.az saytının "Dərman vasitələri" bölməsində "pdf" formatında yerləşdirilib.

Bu isə, həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır.

Yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR