Dəməşqin atəşə tutuldu: 2 ölü, 26 yaralı

Dəməşqin atəşə tutuldu: 2 ölü, 26 yaralı
06:04 3 Dekabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada fəaliyyət göstərən “Ceyş əl-İslam” silahlı qruplaşmasının silahlıları paytaxt Dəməşqi minaatanlardan atəşə tutub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, mərmilərdən üçü  Dəməşqin mərkəzindəki Beb-Tuma qədim məhəlləsinə düşüb. Nəticədə 2 qadın ölüb, daha 9 dinc sakin yaralanıb.

 

Şəhərin Rukn-ed-Din bölgəsində mərmilərin dini mərkəzə düşməsi 14 nəfərin xəsarət almasına səbəb olub. Onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Dəməşq universitetinin atəşə tutulaması nəticəsində isə 3 tələbə yaralanıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR