İspaniyada əhalinin sayı azalır

İspaniyada əhalinin sayı azalır
06:58 3 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 3 dekabr, AZƏRTAC
İspaniyanın Milli Statistika İnstitutu 2015-ci ilin birinci yarısına dair demoqrafik göstəriciləri açıqlayıb. Rəqəmlər ölkənin gələcəyi üçün narahatedici səviyyədədir.
Məlumatda deyilir ki, ilin birinci yarısında ölkədə doğulanların sayı 206 mindən bir qədər artıq olduğu halda, ölənlərin sayı bundan demək olar ki, 20 min nəfər çox, təqribən 226 min nəfər olub. Beləliklə ölkədə təbii artım baş verməyib, əksinə azalma qeydə alınıb.
Statistika İnstitutu bir məqama da diqqət yetirir ki, bu dövrdə doğulanların 17 faizi İspaniya vətəndaşı olmayan analar tərəfindən dünyaya gətirilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyada_ehalinin_sayi_azalir-907748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR