"Real Madrid"-in azarkeşlərinə bəd xəbər

"Real Madrid"-in azarkeşlərinə bəd xəbər
07:32 3 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" İspaniya kuboku çərçivəsində 3-cü diviziondan olan "Kadis" komandası ilə keçirilən oyunda Denis Çerışevın meydana çıxmasına görə turnirdən xaric oluna bilər.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, oyun "Real"-ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı oyunun 3-cü dəqiqəsində Çerışev açıb. Bu qol onun komandada vurduğu ilk qol olub. Daha sonra 66 və 74-cü dəqiqələrdə İsko fərqlənib. "Kadis"-in yeganə qolunu isə 88-ci dəqiqədə Kike Markez vurub.

Qeyd edək ki, rusiyalı keçən mövsüm "Villareal"-ın heyətində çıxış edərkən, martın 4-ü "Barselona"-ya qarşı keçirilən İspaniya kubokunun yarımfinal oyununda sarı kart alıb. Həmin kart ötənilki turnirdə onun üçüncü kartı olub. Buna görə turnirin növbəti oyununu Çerışev buraxmalı idi. Məhz bu oyun da, "Kadis"-ə qarşı olan oyuna təsadüf edib.

Bundan başqa, "Real"-ın ehtiyyat oyunçuları sırasında Borxa Mayoral da yer almışdır. O isə, keçən il yeniyetmələr arasında keçirilən eyni turnirdə qırmızı kart alıb.

Beləliklə, Madrid klubu turnirin 1/16 finalının ilk oyunundan sonra İspaniya kubokundan xaric olunma təhlükəsi ilə üzləşib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR