Cəlilabadda payızlıq kartof yığımına başlanılıb

Cəlilabadda payızlıq kartof yığımına başlanılıb
07:48 3 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür ki, Cəlilabad rayonunda payızlıq kartof yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, ikinci çörək hesab olunan kartofun əsas yığım dövrü yaz mövsümü hesab olunsa da, Cəlilabadda payız fəslində də bu kənd təsərrüfatı bitkisini yetişdirənlər az deyil.
Payızlıq kartofun becərilməsi ilin nisbətən soyuq fəslinə düşdüyündən bitkidə xəstəlik və zərərvericilər o qədər də müşahidə olunmur.
Yazlıq kartofun normal inkişafı üçün onun günaşırı suvarılması vacibdirsə, payızlıq kartofda yalnız əkinin ilkin mərhələsində suvarmaya ehtiyac duyulur.
Digər aylarda düşən yağıntılar payızlıq kartofun inkişafını təmin edir. Elə buna görə də məhsulun maya dəyəri də kifayət qədər aşağı düşür.
Məhsul istehsalçıları alıcı sarıdan da korluq çəkmirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadda_payizliq_kartof_yigimina_baslanilib-907749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR