Artıq ünvanlar daha tez və rahat tapılacaq (VİDEO)

Artıq ünvanlar daha tez və rahat tapılacaq (VİDEO)
08:01 3 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə yeni ünvanvermə sistemi işə düşüb.

ANS TV-nin məlumatına görə, yeni qaydalara əsasən təyin olunmuş bütün ünvanlar bir qaydada Ünvan Reystri İnformasiya sistemində toplanacaq. Sistemdə bütün daşınmaz əmlaklarla bağlı eləcə də küçə və prospektlər haqqında məlumatlar rəqəmsal şəkildə toplanılıır.

Yeni qaydalara görə, artıq bugünədək qüvvədə olan bina ünvanı deyil, giriş ünvanı tətbiq olunur. Bununla yanaşı Daşınmaz Əmlak üzrə Dövlət Komitəsi regionlarda kənd ünvanlarında olan problemlərin yaxın vaxtlarada öz həllini tapacağını bildirdi.



Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin rəisi Ramiz Quliyev bildirib ki, komitə olaraq bu sahədə işlər aparılır və yaxın vaxtlarda rayon və icra hakimyyətlərinə məlumat veriləcək. Bundan başqa rayon və kəndlərdə adsız küçələrin adlandırılması ilə bağlı şəhər icra hakimiyyətlərinə müraciət olunacaq.

Hazırda sistemdə ölkənin 6 şəhər və 50 rayonu üzrə 6705 küçə və prospektini əhatə edən xeyli sayda məlumat yerləşdirilib. Həmçinin ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaranıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR