​Kaliforniya sakini bir neçə dəqiqə ərzində lotereyada xeyli pul udub

​Kaliforniya sakini bir neçə dəqiqə ərzində lotereyada xeyli pul udub
08:02 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Modesto şəhərinin sakini Rodni Midouz bir neçə dəqiqə ərzində "California Lottery" ani lotereyasında əvvəlcə 1 000 ABŞ dolları, daha sonra isə 10 mln. ABŞ dolları udub.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, noyabrın 23-də Midouz mağazaların birində "California Lottery" ani lotereyasının biletlərini alıb. Həmin gün "California Lottery" yaradılmasının 30 illiyini qeyd edirmiş. İlk şansda o, 1 000 ABŞ dollarına sahib olub. Bundan ümidlənən Rodni daha 3 biletı sinayıb və bu dəfə 10 mln. ABŞ dolları udub.
Kaliforniyalının xoşbəxt biletləri aldığı mağazaya isə 50 000 dollar məbləğində mükafat düşür.  

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/kaliforniya-sakini-dir-nece-deqiqe-erzinde-lotereya

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR