Azərbaycanda məktəbyaşlı uşaqlar dini sektalara cəlb edilir

Azərbaycanda məktəbyaşlı uşaqlar dini sektalara cəlb edilir
08:03 3 Dekabr 2015
53 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda məktəbyaşlı uşaqlar müxtəlif dini sektaların təlimlərinə cəlb edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Trend-ə bildirib ki, uşaqlar din altında müxtəlif bəhanələrlə orta məktəblərdən uzaqlaşdırılır və dini ayın, mərasimlərə qatılırlar: “Bu, təkcə islam dini ilə bağlı məsələ deyil. Məktəbyaşlı uşaqların müxtəlif təriqət və sektaların təlimlərinə cəlb edilməsi hallarına rast gəlirik”.

G.İsmayılov əlavə edib ki, dini sektalara cəlb edilən uşaqların sayını deyə bilməz: “Biz bunun statistikasını aparmırıq. Amma Gəncədə baş verən son hadisələri, eləcə də Gəncədə İcra Hakimiyyəti tərəfindən haqlı olaraq edilmiş müdaxilələrə baxsanız, belə halların şahidi olarsınız”.

“Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova Trend-ə bildirib ki, təşkilatın Sosial Xidmət mərkəzlərində reabilitasiya olunan uşaqlar arasında dini sektalara cəlb olunan uşaqlar da olub.

Onun fikrincə, uşaqların dini sektalara cəlbi problemi artıq ölkənin ayrı-ayrı regionlarında deyil, bütün Azərbaycanda mövcuddur: “Vəziyyət onu göstərir ki, dini sektalara yönləndirlən uşaqların sayı elə də az deyil. Dini sektaların olduğu bölgələrdə uşaqların onlara cəlbi riski hələ də var”.

K.Aşumova qeyd edib ki, dini sektalara, əsasən, keçid dövrünü yaşayan 14-18 yaşlı uşaqlar cəlb edilir: "Onlar ailədə qayğı görməyən, iradəsi zəif olan, ünsiyyətə olan tələbatlarını ailədə tapa bilməyən, psixoloji travma ilə üzləşən, eyni zamanda sosial vəziyyəti aşağı olan ailələrin uşaqları olurlar. Onları bu sektalara yaşca böyük olan insanlar, gənclər cəlb edirlər. Bizim rastlaşdığımız hallar göstərir ki, uşaqlar “vəhhabizm” deyilən cərəyanlara qoşulurlar. Bu cərəyana qoşulduqdan sonra onlar üz görünüşlərində dəyişiklik etməyə, ailədə valideynlərin sözünü dinləməməyə başlayırlar”.

Uşaqların “dəstəkverici” vədlərlə dini sektalara cəlb edildiyini deyən K.Aşumovanın sözlərinə görə, dini sektalara üz tutan uşaqlar çox ciddi psixoloji təsir altında olduqlarından onların reabilitasiyası çətin aparılır.

Təşkilat rəhbəri deyib ki, həm ailə, həm də uşaq psixoloqları uşağın cəmiyyətə inteqrasiyası üçün işlər görsə, həmin uşaqlar dini sektalardan yayındırıla bilər: “Belə uşaqlar barədə bizə fərdi olaraq məlumat verilir, ya da məlumatlar orta məktəblərdən alınır. Bu sektaların sayəsində uşaqlar cinayətə də sövq edilir və cinayətkar uşağa çevrilirlər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, uşaqları inkişaf etdirmək üçün idmana və s. məşğuliyyətə yönləndirmək əvəzinə, zorakılıq törətməyə yönləndirmək çox təəssüfedicidir: “Cox təəssüf ki, bu gün Bakının kəndlərində erkən nikah, təhsildən yayınma və uşaqları digər mənfi hallara cəlb etmə prosesləri davam edir. Son faktlar göstərir ki, uşaqlar nəinki təhsildən yayındırılır, onlar həm də dövlət qurumlarının nümayəndələrinə qarşı zorakılığa istiqamətləndirilir. Bu uşaqlar gələcəyin əsgəri, həkimi, hakimi, biznesmeni və s.-dir. Bu gün biz bu uşaqlara hansı məlumatlara çatdırsaq, onlar gələcək nəsillərə də onu çatdıracaqlar”.

E.Səfərov əlavə edib ki, belə halların qarşısının alınması üçün ehtiyac olduqda yerli icra hakimiyyətlərinin Qəyyumluq və Himayəçilik komissiyaları tərəfindən məhkəmələrdə valideyn hüquqlarının məhdudlaşdırlıması məsələsi qaldırılmalıdır.

Bu faktların qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsini də vacib sayan komitə rəsmisi bildirib ki, ilk növbədə, yerlərdə uşaqların təhsilə cəlb edilməsi üçün işlər gücləndirilməli, uşaqlarını, xüsusilə qız uşaqlarını təhsilə cəlb etməyən valideynlər məsuliyyətə cəlb edilməlidirlər.

E.Səfərov deyib ki, uşaqların dini etiqad hüququ tanınır, amma bu, onların təhsil almaq hüququna, onların inkişafına maneə yaratmamalıdır.

Komitə rəsmisi hesab edir ki, uşağını dini etiqada görə təhsildən yayınmağa məcbur edən valideynlər məsuliyyətə cəlb edilməlidir: "Bu işə həm polis, həm yerli icra hakimiyyəti orqanları, həm də təhsil müəssisələri cəlb edilməlidir".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rumıniya prezidenti Ukraynaya səfərini təxirə salıb

22 Sentyabr 2017 08:32

Yeni tüklü qarın şəklində çantalar istehsal olundu - FOTOLAR

22 Sentyabr 2017 08:18

Məhərrəm ayı başladı

22 Sentyabr 2017 08:14

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək

22 Sentyabr 2017 08:12

Avstriyada üzünü örtən şəxslər cəzalandırılacaq

22 Sentyabr 2017 08:09

Tramp və Ərdoğandan Kürd Muxtariyyətinə xəbərdarlıq

22 Sentyabr 2017 08:04

Özbəkistanın qaz emalı zavodunda üç nəfər ölüb

22 Sentyabr 2017 08:02

Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

22 Sentyabr 2017 07:47

Çilinin cənubunda sutka ərzində dördüncü kilsə yandırılıb

22 Sentyabr 2017 07:37

Tibb bacıları reanimasiyada yatan qocayla məzələndilər - FOTOVİDEO

22 Sentyabr 2017 07:28

ABŞ və Əfqanıstan razılığa gəliblər

22 Sentyabr 2017 07:09

Bakıda orta yaşlı kişini damda cərəyan vuraraq yerə çırpıb

22 Sentyabr 2017 06:52

Azərbaycanlı futbolçu oynadı, komandası dayandı

22 Sentyabr 2017 06:49

Neymar üzr istədi

22 Sentyabr 2017 06:44

Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

22 Sentyabr 2017 06:42

Cinayət kimi qəza KAMERAYA DÜŞDÜ - VİDEO

22 Sentyabr 2017 06:33

ABŞ altı ildə Suriya qaçqınlarına 7,4 mlrd. dollar humanitar yardım ayırıb

22 Sentyabr 2017 06:17

KXDR Sakit okeanda hidrogen bombasının yeni sınağını keçirə bilər

22 Sentyabr 2017 05:57

Tramp: “ABŞ və Türkiyə heç vaxt olmadıqları kimi yaxındır”

22 Sentyabr 2017 05:33

Tramp Pxenyanla danışıqların mümkünlüyünü istisna etmir

22 Sentyabr 2017 05:24

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

22 Sentyabr 2017 04:38

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

22 Sentyabr 2017 04:32

Kim Çen In: “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək”

22 Sentyabr 2017 04:07

NATO baş katibi Lavrovla görüşdü

22 Sentyabr 2017 03:34

DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22 Sentyabr 2017 03:28

Dünyanın ən varlı qadını öldü

22 Sentyabr 2017 03:24

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

22 Sentyabr 2017 03:07

Rusiya qırıcıları Suriyada terrorçuların 96 mindən çox obyektini məhv edib

22 Sentyabr 2017 02:57

Meksikadakı zəlzələ 273 can aldı

22 Sentyabr 2017 02:44

Mərkəzi Bank hərrac keçirəcək

22 Sentyabr 2017 02:28

İstanbulda özəl təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 02:15

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

22 Sentyabr 2017 02:02

Samir oynadı, darmadağın gördü

22 Sentyabr 2017 01:57

Rusiya XİN: Suriyada MDB-dən təqribən 10 min yaraqlı döyüşüb

22 Sentyabr 2017 01:52

Tramp KXDR-ə qarşı əlavə sanksiyalar planlaşdırır

22 Sentyabr 2017 01:46

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02