Bakıda ağır qəza: 3 nəfər öldü

Bakıda ağır qəza: 3 nəfər öldü
09:21 3 Dekabr 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in FHN-nin mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məumat daxil olub.

Məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini çıxarıb. Dünyasını dəyişənlərdən birinin sürücü 1990-ci il təvəllüdlü Yusifov Samir Rafiq oğlu olduğu müəyyən olunsa da digər 2 nəfərin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.

Xilasedicilər 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR