Buş ölümə qalib gəldi

Buş ölümə qalib gəldi
05:31 30 Dekabr 2014
88 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın eks prezidenti ata Corc Buş bir həftə keçirdiyi Hyuston xəstəxanasından çıxmağa hazırdır.

ANS PRESS-in məlumatına görə, "Reuters" keçmiş prezidentin mətbuat katibi Cim Makqrata istinadən xəbər verir.

Makqrat C.Buşun nəfəs almasının normaya düşdüyünü deyib: “Bu gün o Hyuston xəstəxanasında qalacaq. Biz həkimlərin yekun icazəsini gözləyirik”.

Qeyd edək ki, 90 yaşlı Corc Buş nəfəs almaqla yaşanan problemlərlə əlaqədar Hyuston xəstəxanasına 24 dekabr tarixində yerləşdirilmişdi. Müayinə vaxtı onun səhhətində ciddi problem aşkarlanmamışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR