"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanın ocağı 16 km dərinlikdə yerləşib. Hadisə yerli vaxtla saat 01.27-də (Bakı vaxtı ilə 03.27) baş verib.
Zəlzələdən sonra Kığının sakinləri küçələrə çıxıblar. İtki, xəsarət alan və dağıntılar barədə məlumat yayılmayıb.